"Sanki Azərbaycanda müharibə yox, toy-bayramdır"

14 Oktyabr 2020 10:24 Qəbələ 810
"Sanki Azərbaycanda müharibə yox, toy-bayramdır"

"Müharibə hər cəmiyyət üçün pisdir".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Qəbələ"nin Sloveniya əsilli fransalı legioneri Nikolas Rayselə məxsusdur.

Bu ildən ölkəmizdə çıxış etməyə başlayan hücumçu işğalçı ermənilərin yenidən Azərbaycana hücum etməsi və son həftələr cəbhə xəttində baş verən haqda mövqeyini bildirib:

"İnsanlar sülh şəraitində yaşasalar, yaxşı olar. Amma bilirəm ki, Qarabağ işğal olunub. Siz 30 ilə yaxın məsələnin sülhlə həll olunmasına çalışmısız.

Amma alınmayıb. Fransada bu məsələ ilə bağlı çoxlu narahat olanlar var. Mənim üçün nigaran olanlar da var idi.

Onlara bildirdim ki, Bakıda müharibədən əsər-əlamət yoxdur. Burada hər kəs sevinc içindədir. Sanki ölkədə müharibə yox, toy-bayramdır.

Bu da sizin o yerləri nə qədər çox istədiyinizi göstərir. Düşünürəm ki, sülh yenidən bərqərar olacaq və daha da sevincək olacaqsız".

Digər Xəbərlər
Xəbər Lenti