“Neftçi”dən “Qəbələ” ilə qollu heç-heçə

11 Oktyabr 2020 18:10 Qəbələ 1 144
“Neftçi”dən “Qəbələ” ilə qollu heç-heçə

Bu gün "Neftçi" və "Qəbələ" yoxlama matçında üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, "Neftçi"nin bazasında keçirilən oyunda 2:2 hesablı bərabərlik qeydə alınıb.

"Neftçi"dən kapitan Emin Mahmudov və braziliyalı müdafiəçisi Rener de Souza fərqlənib. "Qəbələ"nin hər iki qolunu isə nigeriyalı hücumçusu Ceyms Adeniyi vurub. "Neftçi"nin yarımmüdafiəçisi Saman Nəriman Cahan penaltini dəqiq yerinə yetirə bilməyib.

"Qəbələ" dünən "Sumqayıt"la sınaq matçında 1:2 hesabıyla uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!