"Qəbələ" belə hara gedir? - FOTOREPORTAJ

11 Oktyabr 2020 13:00 Qəbələ 1 404
"Qəbələ" belə hara gedir? - FOTOREPORTAJ

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlıqlarını davam etdirən “Qəbələ” yoxlama görüşü keçirib.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” “Sumqayıt”la üz-üzə gəlib.

Qarşılaşma Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutub. Baş məşqçi Elmar Baxşıyev bu matçda aşağıdakı start “11-liy”inə şans verib:

Tərlan Əhmədli, Sadiq Quliyev, Yurgen Qoxa, Yusif Nəbiyev, Ehtiram Şahverdiyev, Asif Məmmədov, Kamal Mirzəyev, Cavid Hüseynov, Yaovi Akakpo, Roman Hüseynov, Rodriqo Qattas.

Qarşılıqlı hücumlarla keçən matçda bütün qollar ilk yarıda vurulub. Oyunda hesabı “qırmızı-qaralar” açıb. Rodriqo Qattas fərqlənib. Lakin üstünlüyünü qoruya bilməyən komanda iki top buraxaraq yoxlama görüşündən 1:2 hesablı məğlubiyyətlə ayrılıb.

Qarşılaşmanın gedişində Ceyms Adeniyi, Ülvi İsgəndərov, Samir Qurbanov və “Qəbələ”nin U-19 komandasından əsas heyətə cəlb edilən bir neçə futbolçu meydana daxil olub.

“Qəbələ” bu gün daha bir yoxlama oyunu keçirəcək. “Qırmızı-qaralar” Bakıda “Neftçi” ilə üz-üzə gələcək.

“Qəbələ” – “Sumqayıt” 1:2

Qollar: Rodriqo Qattas // Camaləddin Xocaniyazov, Cavid İmamverdiyev.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı