"Qəbələ"dən gələn təklif yaxşı deyildi, klubum qəbul etmədi"

9 Oktyabr 2020 23:10 Qəbələ 657
"Qəbələ"dən gələn təklif yaxşı deyildi, klubum qəbul etmədi"

“Qəbələ”nin transfer gündəmində olan Braziliyanın “Vitoriya” klubunun hücumçusu Eronildo dos Santos Roşanın yeni komandası müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı forvard Braziliyanın C seriyasında çıxış edəcək.

“Qəbələ” ilə danışıqları uğursuz nəticələnən Eronildo “Remo” klubuna 3 aylıq icarəyə verilib. Futbolçu özü mətbuat konfransında ölkəmizdən aldığı təklifin ürəyincə olmadığını deyib:

“Azərbaycandan gələn təklifi klubum “Vitoriya” qəbul etmədi, çünki şərtlər əlverişli deyildi. Ancaq “Remo”ya keçmək üçün ikinci dəfə düşünməyə ehtiyac duymadım”.

“Vitoriya” ilə müqavilə müddəti 2021-ci ilin sonuna qədər olan Eronildonu “Qəbələ” birillik icarəyə götürməyə çalışıb. Forvard 2014-2015-ci illərdə Braziliyanın U-17 yığmasının heyətində 7 oyun keçirib, 1 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı