“Qəbələ” Qismətinə düşən pulla maaş verəcək, borclu qalmayacaq

5 Oktyabr 2020 19:30 Qəbələ 749
“Qəbələ” Qismətinə düşən pulla maaş verəcək, borclu qalmayacaq

Transfer dönəminin fəal komandalarından olan “Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.

“Qəbələ”nin müdafiəçisi Qismət Alıyev qəsəbə klubuna transfer olunub.

24 yaşlı oyunçu paytaxt təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. Qismət bu transfer pəncərəsində “Qəbələ”ni “Zirə”yə dəyişən ikinci futbolçu olub. Rəşad Sadıqovun komandası ona qədər “qırmızı-qaralar”dan mozambikli vinger Klesio Baukla anlaşıb.

“Zirə” bu yay Baukla yanaşı, Ruslan Qurbanov, Rəşad Əzizli, Tural Bayramlı, Kərim Diniyev, Rəşad Eyubov, Sərtan Taşkın, Şəhriyar Rəhimov, Lazar Corceviç, Hacıağa Hacılı, Kayo Rangel, Mateus Albino, Dimitrios Çantakias və Ayxan Süleymanlını transfer edib.

“Qəbələ“ Qisməti, belə demək mümkünsə, məcburiyyətdən satıb. Onun keçidi əyalət təmsilçisinə hardasa 100 min manat qazandırıb. Əldə olunan vəsaitin əsas hissəsi komandaya, bir qismi isə akademiyanın saxlaenılmasına xərclənəcək.

Bu praktika “qırmızı-qaralar“a yaxşı tanışdır. Bölgə klubu Amin Seydiyevin “Sabah“la anlaşmasından qazandığı pulla futbolçuların 2 aylıq maaşını ödəmişdi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi