Premyer Liqada ilk dəfə bu da oldu – Cari mövsüm

4 Oktyabr 2020 16:00 Qəbələ 1 253
Premyer Liqada ilk dəfə bu da oldu – Cari mövsüm

Azərbaycan Premyer Liqasının V turundan sonra bir futbolçu cəzalı duruma düşüb.

Sportinfo.az xəbər verir ki, bu, “Qəbələ”dən Rövlan Muradovdur.

Gənc yarımmüdafiəçi “Sumqayıt”la qarşılaşmada (1:1) sarı vərəqə alıb. Bu, onun cari mövsümün 5 turunda aldığı 4-cü xəbərdarlıq olub.

Muradov sarı vərəqə limitini doldurduğu üçün VI turu buraxmalı olacaq. Oktyabrın 17-də “Qəbələ” “Qarabağ”ın qonağı olacaq.

Rövlan cari mövsümdə 4 sarı vərəqə alan ilk futbolçudur. Əvvəlki turlarda qırmızı vərəqə üzündən cəzalı duruma düşənlər olsa da, xəbərdarlıq sayına görə belə halla üzləşən qeydə alınmamışdı.

Yalnız I turun “Zirə” ilə matçını vərəqəsiz tamamlayan Muradov sonrakı 4 oyunun hamısında xəbərdarlıq alıb.

Digər Xəbərlər
Xəbər Lenti