Azərbaycan klubları orduya bu cür dəstək oldu - FOTOLAR

3 Oktyabr 2020 21:20 Qəbələ 576
Azərbaycan klubları orduya bu cür dəstək oldu - FOTOLAR

Azərbaycan Premyer Liqasının V turunda bu gün üz-üzə gələn klublar Azərbaycan Ordusuna dəstək nümayiş etdiriblər.

Sportinfo.az xəbər verir ki, "Qəbələ" və "Sumqayıt" meydana üzərində "Ordumuzun yanındayıq! İrəli, Azərbaycan əsgəri!" şüarları yazılmış pankartla çıxıblar.

Daha sonra matçın oynanıldığı Qəbələ şəhər stadionunda Dövlət himni səsləndirilib.

"Zirə" - "Neftçi" oyununda da komandalar və matçın hakimləri Ordumuza dəstək məqsədilə meydana hərbi formada çıxıblar. Formaların üzərində Azərbaycan və ingilis dillərində "Qarabağ Azərbaycandır" şüarı əks olunub.

Həmçinin tribunanın bir hissəsində Dövlət bayrağı açılıb. Digər hissədə isə "Qarabağ Azərbaycandır" sözləri yazılıb. Start fitindən əvvəl Azərbaycan himni səsləndirilib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"