"Mən müdafiə futbolunu xoşlamıram" - "Qəbələ"nin baş məşqçisi

3 Oktyabr 2020 16:56 Qəbələ 443
"Mən müdafiə futbolunu xoşlamıram" - "Qəbələ"nin baş məşqçisi

“İndiki durumda futbol ikinci plana keçir. Biz komanda olaraq bütün fikrimiz cəbhə bölgəsindədir.

Hər gün Ordumuzdan yeni zəfərlər gözləyirik. İnanırıq ki, Ordumuz bizi sevindirəcək və öz torpaqlarımızı qaytaracağıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azrəbaycan Premyer Liqasının 5-ci turunda evdə "Sumqaylt"la oyundan (1:1) sonra deyib.

O, heç-heçəni belə şərh edib: "Oyuna gəlincə, çətin olacağını bilirdik. “Sumqayıt” gənclərdən yaxşı təşkil olunmuş komandadır. Rəqib sürətli futbolu xoşlayır.

Matça yaxşı hazırlaşmışdıq. Oyunun ədalətli nəticəsi heç-heçə idi. Artıq 5 tur keçib. Hər qarşılaşmada hücumda oynayır, sırf arxa xətdə oturmuruq.

Mən müdafiə futbolunu xoşlamıram. Müdafiədə olanda da hücumu düşünürük. Oyun ərzində yaratdığımız epizodlar da bunu göstərir. İnanıram ki yeni qoşulan Ceyms Adeniyi də komandaya fayda verəcək"

E.Baxşıyev futbolçulardan razı olduğunu bildirib: "Hücumda göstərdiyimiz oyundan məmnunam. Bütün futbolçuları əsas heyət üzvü kimi görürük. Yurgen

Qoxanın zədəsi olduğu üçün onu qoruduq ki, durumu daha ciddiləşməsin. Murad Musayevin göstərdiyi əzmkarlıqdan razı qaldıq. Rafael Utziqin əvəzlənməsi yorulması ilə bağlıdır. Həm özü bunu istədi, həm də hücumda kreativliyi artırmaq çalışdıq”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!