Xala görə bizə mükafat verə bilərsiz? - XAHİŞNAMƏ

3 Oktyabr 2020 10:52 Qəbələ 1 574
Xala görə bizə mükafat verə bilərsiz? - XAHİŞNAMƏ

«Qəbələ»nin futbolçuları klub rəhbərliyinə yeni xahişlə müraciət edib.

Sportinfo.az-ın məlumatına görə, komanda üzvləri yönətimdən mükafat sisteminə təkrar baxılmasını istəyib.

Məqsəd qazanılan hər xala görə ödəmə edilməsinə nail olmaqdır.

Əyalət təmsilçisi Premyer Liqanın ilk 4 turunda qələbə qazanmayıb. «Qırmızı-qaradar»ın aktivində cəmi 3 cal var və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

«Zirə» və «Keşlə» ilə evdə, «Neftçi» ilə səfərdə heç-heçə edən kollektivin irəli sürdüyü təklifin qəbul görüb-görməyəcəyi hələ bilinmir.

Əlbəttə, bu, büdcədən asılıdır. Rəhbərlik mövsümün əvvəlində elan edib ki, yalnız qələbəyə görə mükafat olacaq.

Uman yerdən küsərlər – büdcədən əlavə vəsait ayırmaq mümkün olarsa, onlar bunu edəcəklər. Hələlik isə bu, bir o qədər real görünmür.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM