Əvvəl “Qəbələ”ə ”yem” idilər, bəs indi?

2 Oktyabr 2020 20:30 Qəbələ 784
Əvvəl “Qəbələ”ə ”yem” idilər, bəs indi?

Azərbaycan Premyer Liqasında V tura start verilib.

Turun ikinci oyun günündə meydana çıxacaq “Qəbələ” “Sumqayıt”la qarşılaşacaq.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın öz meydanında qüvvəsini sınayacaq.

Milli komandaların oyunları ilə əlaqədar fasilə ərəfəsində keçiriləcək görüş iki rəqib arasında 33-cü duel olacaq. Bu matçadək komandalar 32 dəfə görüşüb. Böyük üstünlüyə malik olan “Qəbələ” 19 qələbə qazanıb, 9 heç-heçə edib və 4 dəfə məğlub olub.

Bu qarşılaşmalarda 54 dəfə qol sevinci yaşayan futbolçular 24 qol buraxıb. “Sumqayıt”la oyunlarda “qırmızı-qaralar”ın ən məhsuldar futbolçusu Viktor Mendidir. Onun hesabında 7 qol var.

“Qəbələ” bu rəqiblə 31 çempionat və 1 kubok matçında üz-üzə gəlib. Premyer Liqada 18 dəfə üç xal əldə edən komanda 9 heç-heçə edib və 4 dəfə uduzub. Bu oyunlarda “qırmızı-qaralar” 52, sumqayıtlılar 24 qol vurub.

Öz meydanında da üstün olan “Qəbələ” 16 ev matçından 12-də qalib gəlib. 3 heç-heçə edən komanda yalnız bir dəfə uduzub. Bu üstünlük top fərqində də özünü büruzə verib– 31:9.

Oktyabrın 3-də Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 14:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti