"Borclu olduqlarını düşünür, onun üçün nə isə etməyə çalışırlar"

30 Sentyabr 2020 20:20 Qəbələ 944
"Borclu olduqlarını düşünür, onun üçün nə isə etməyə çalışırlar"

"Millətimiz, xalqımız yumruq kimi birləşib. İnsanlar vətənə borclu olduqlarını düşünür və onun üçün nə isə etməyə çalışırlar".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qəbələ"nin kapitanı Anar Nəzirov cəbhə bölgəsində baş verən hadisələrlə bağlı danışarkən deyib.

35 yaşlı qapıçı xalqın birliyini, bərabərliyini görəndə qürur hissi keçirdiyini bildirib: "Xalqımla, millətimlə fəxr edirəm. Hamımızın borcu Vətənə xidmət etməkdir.

Vətən üçün, yurd üçün daim hazır olmalıyıq. İstənilən vaxt döyüşə hazırıq. Allah Ordumuzu və əsgərlərimizi qorusun" (report.az).

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı