"Qəbələ" ötən günləri "Neftçi"nin yadına saldı - VİDEO

26 Sentyabr 2020 18:34 Qəbələ 986
"Qəbələ" ötən günləri "Neftçi"nin yadına saldı - VİDEO

Azərbaycan Premyer Liqasında IV tura sabah yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, turun son günündə meydana çıxacaq

“Qəbələ” “Neftçi” ilə qarşılaşacaq. Sentyabrın 27-də keçiriləcək görüş “Dalğa Arena”da baş tutacaq. Bakıdakı matç rəqiblərin 53-cü dueli olacaq. Bu dəfəki görüşə qədər iki komanda arasında 52 oyun keçirilib.

İndiyədək 17 qələbə qazanan “qırmızı-qaralar” 12 dəfə heç-heçə edib və 23 matçdan məğlub ayrılıb. Rəqib qapısından 65 top keçirən futbolçularımız 73 qol buraxıb.

“Qəbələ” ötən oyunlarda vurduğu qollardan bir neçəsini sosial şəbəkədə yerləşdirib

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM