İspan Azərbaycan və Polşa çempionatlarını müqayisə etdi

25 Sentyabr 2020 14:22 Qəbələ 1 002
İspan Azərbaycan və Polşa çempionatlarını müqayisə etdi

Bilindiyi kimi, ötən mövsümün sonunda "Qəbələ"dən ayrılmış Fernan Lopes karyerasını Polşada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi "Yagelloniya"ya keçib.

25 yaşlı oyunçu yeni komandası ilə 1+1 illik müqaviləyə imza atıb. Lopes ötən mövsüm "Qəbələ"nin heyətində 3 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

O, Azərbaycan və Polşa çempionatlarını müqayisə edib, bəzi fərqlərin olduğunu diqqətə çatdırıb: "Polşada daha çox güc futbola üstünlük verilir.

Azərbaycanda isə bir qədər sürətli oyun gördüm. Burada güclü futbolçular çoxdur. Amma tam dəqiq fikir bildirmək üçün Polşa çepionatında bir müddət oynamalıyam".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti