"Qəbələ" üçün yeni format - UEFA açıqladı

24 Sentyabr 2020 23:20 Qəbələ 747
"Qəbələ" üçün yeni format - UEFA açıqladı

UEFA İcraiyyə Komitəsi Gənclər Liqası ilə bağlı yeni formatı təsdiqləyib.

Sportinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 2020/21 mövsümü 1/16 final mərhələsindən olimpiya sistemi ilə keçiriləcək və qalib bir oyunla müəyyənləşəcək.

Pandemiya səbəbindən yarışın keçirilməsində yaranan çətinliklər bu qərarın verilməsinə səbəb olub. 1/16 final mərhələsinin oyunları 2021-ci ilin martında olacaq.

Qeyd edək ki, Azərbaycanı UEFA Gənclər Liqasının cari mövsümündə “Qəbələ”nin U-19 komandası təmsil edəcək.

Digər Xəbərlər
Xəbər Lenti