“Qəbələ” üçün YENİ SEÇİM

24 Sentyabr 2020 21:40 Qəbələ 1 232
“Qəbələ” üçün YENİ SEÇİM

UEFA-nın bu gün keçirilən İcraiyyə Komitəsi Gənclər Liqasının 2020/21 mövsümünün formatını dəyişib.

Sportinfo.az xəbər verir ki, əvvəllər iki istiqamətdə - Çempionlar Liqası yolu və Çempionlar yolu üzrə təşkil olunan yarış fərqli şəkildə keçiriləcək.

Komandalar pley-off sistemi ilə mübarizə aparacaq. Turnir 2021-ci ilin martında başlayacaq. Gənclər Liqası 1/32 final mərhələsi ilə start götürəcək.

U-19 komandaları arasında Azərbaycan çempionu “Qəbələ”nin də qatılmalı olduğu turnirin formatı ilə bağlı detallar İcraiyyə Komitəsinin növbəti iclaslarında təsdiqlənəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti