Özü "Qarabağ"da qalmadı, həmyerlisini də Azərbaycandan apardı

24 Sentyabr 2020 19:02 Qəbələ 1 675
Özü "Qarabağ"da qalmadı, həmyerlisini də Azərbaycandan apardı

"Bu komandaya keçdiyim üçün çox xoşbəxtəm. Çünki karyeramda irəliyə doğru addım atdığımı düşünürəm".

Sportinfo.az xəbər verir ki, bu fikirləri"Qəbələ"nin sabiq futbolçusu Fernan Lopes Polşanın "Yagelloniya" klubuna transferi barədə danışarkən deyib.

İspaniyalı yarımmüdafiəçi bildirib ki, hələlik oynamağa hazır deyil: "Əvvəlcə formamı bərpa etməiyəm. Martdan bu yana futbol oynamıram. Amma ilk görüşümüzdə baş məşqçinin mənə güvəndiyini hiss etdim. Çox çalışmaq və komandaya kömək etmək istəyirəm".

Fernan Lopes ötən mövsüm "Qəbələ"nin heyətində 3 qol vurub və 5 məhsuldar ötürmə edib. 25 yaşlı oyunçu Belostok təmsilçisinə transferində "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Dani Kintananın böyük rolunun olduğunu vurğulayıb:

"Dani kluba mənimlə bağlı məlumat verib, daha sonra əvvəlki oyunlarımdan hazırlanmış video göndərib. Rəhbərlik və məşçilər heyəti oyunumu bəyəndikləri üçün məni baxışa çağırdılar. Hər şey bu cür başladı. Daha sonra müqavilə bağladıq".

Lopes "Qəbələ" ilə yeni sözləşmə imzalamamasının səbəbini də açıqlayıb: "Düşünürəm ki, "Qəbələ"də yaxşı mövsüm keçirdim. Daha səviyyəli çempionatda oynamaq istəyirdim.

Mənə şans verdiyi üçün "Qəbələ"yə minnətdaram. Amma bu yay klubla danışdım və məni başa düşdülər" (report).

Digər Xəbərlər
Xəbər Lenti