"Qəbələ"dən 13-17-17

19 Sentyabr 2020 16:42 Qəbələ 536
"Qəbələ"dən 13-17-17

Bu həftə Azərbaycan Premyer Liqasında III turun matçları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, “Qəbələ” turun ilk oyun günündə “Keşlə” ilə qarşılaşacaq.

“Qırmızı-qaralar” paytaxt təmsilçisini Qəbələ şəhər stadionunda qəbul edəcək. Bu görüş iki komanda arasında ümumilikdə 53-cü matç olacaq. Rəqiblər 2006-cı ildə baş tutan ilk oyundan indiyədək 52 dəfə üz-üzə gəlib.

Hesabında 16 qələbə olan “Qəbələ” 17 dəfə heç-heçəylə kifayətlənibsə, 19 matçda məğlubiyyətlə üzləşib. Bakılıların qapısından 54 top keçirən “qırmızı-qaralar” 69 qol buraxıblar. Komandamızın “Keşlə”yə qarşı oyunlardakı ən məhsuldar futbolçusu Daniel Subotiçdir. O, rəqib qapısından 5 qol keçirib.

İndiyədək keçirilən 52 matçdan 47-si çempionat, 5-i kubok çərçivəsində baş tutub. Premyer Liqada 13 qələbəsi olan “qırmızı-qaralar” 17 dəfə 1 xal qazanıb, 17 dəfə uduzub. Top fərqi də paytaxt təmsilçisinin xeyrinədir – 62:47.

“Qəbələ” öz meydanında keçirdiyi 26 oyunda 8 dəfə qalib gəlib. 11 heç-heçənin qeydə alındığı duellərdə 7 dəfə “Keşlə” üstün olub. Komandalar hərəyə 28 qola sevinib.

Sentyabrın 19-da keçiriləcək “Qəbələ” – “Keşlə” oyunu saat 17:00-da başlayacaq.

2006/07 mövsümü

05.08.2006. Premyer Liqa. Gilan (Qəbələ) - İnter (Bakı) - 0:0

12.02.2007. Premyer Liqa. İnter (Bakı) - Gilan (Qəbələ) - 2:0

Daniel Axtyamov, 57, 61

2007/08 mövsümü

02.12.2007. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 2:1

Vitali Balamestnı, 10, 47 – Nizami Hacıyev, 65

28.05.2008. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 4:0

Roman Qoela, 22, Xaqani Məmmədov, 35, Mahmud Qurbanov, 44, Petar Zlatinov, 75

2008/09 mövsümü

30.08.2008. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:1

Valter Quqlemon, 85 - Tyaqu da Silva, 23

07.03.2009. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:1

Valter Quqlemon, 32

29.04.2009. Azərbaycan kuboku. İnter (Bakı) - Qəbələ - 5:0

Valter Quqlemon, 5, 12 - pen., Petar Zlatinov, 8, Danildo Assioli, 60, İvan Testimitianu, 76

06.05.2009. Azərbaycan kuboku. Qəbələ - İnter (Bakı) - 2:0

Kənan Kərimov, 40, Azər Bağırov, 87

2009/10 mövsümü

26.09.2009. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 3:2

Vladimir Levin, 68, Da Silva Rocha Leonardo, 88, Girts Karlsons, 90 - İqor Melnik, 36, Kristian Torres, 69

24.12.2009. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:1

Petar Zlatinov, 87

10.04.2010. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1

Kənan Kərimov, 90 (p.) - Robertas Poşkus, 61 (p.)

15.05.2010. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 4:1

Petar Zlatinov, 16 (p.), Robertas Poşkus, 40, 47, 67 - Tomaş Stolpa, 90+1

2010/11 mövsümü

19.09.2010. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:1

Rövşən Əmiraslanov, 35

13.11.2010. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:0

2011/12 mövsümü

23.10.2011. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:1

Danildo Assioli, 20 (p.) - Deon Barton, 58 (p.)

11.12.2011. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:0

24.03.2012. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 2:1

Yannik Kamanan, 60, Deon Burton, 83 - Nizami Hacıyev, 76

22.04.2012. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 2:1

Nizami Hacıyev, 25, İbrahima Niasse, 31 - Luiz Paulo Hillario, 8

2012/13 mövsümü

10.08.2012. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:0

Leurival Rodrigez, 14

17.02.2013. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 2:1

Arif Daşdəmirov, 7, Samir Zərgərov, 73 - Yannik Kamanan, 23

13.03.2013. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:2

Viktor Mendi, 62 - Asif Məmmədov, 26, Yuri Fomenko, 29

19.05.2013. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:0

Ramil Mansurov, 87

2013/14 mövsümü

11.08.2013. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 3:2

Leonardo da Silva, 54-p., Vladimir Levin, 70, İbrahima Niasse, 83 - Slavço Georgiyevski, 20, Vaqif Cavadov, 90

19.10.2013. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:1

Daniel Subotiç, 45+1

23.03.2014. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:4

Viktor Mendi, 89 - Baçana Sxadadze, 14, Mikel Alvaro, 46, 54, Matija Spiçiç 57

12.05.2014. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:0

2014/15 mövsümü

10.08.2014. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 4:0

Aleksandr Amisulaşvili, 9, Mikel Alvaro, 15, 71, Məhəmməd Mirzəbəyov, 19

21.12.2014. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1

Dodo, 38 - Məhəmməd Mirzəbəyov, 67

18.03.2015. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:2

Aleksandr Amisulaşvili, 74 - Aleksey Qay, 40, Ruslan Abışov, 90+1

16.05.2015. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1

Aleksey Qay, 5 - Asif Məmmədov, 27

2015/16 mövsümü

12.09.2015. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 2:1

Dieqo Martins, 10, 29 - Aleksey Antonov, 84

09.11.2015. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1

Aleksey Antonov, 30 - Dieqo Martins, 35

07.02.2016. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:1

Ermin Zets, 18

03.04.2016. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:0

2016/17 mövsümü

12.08.2016. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:0

15.10.2016. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:1

Ağabala Ramazanov, 48 - Sergey Zenyov, 69

04.03.2017. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:2

Tellur Mütəllimov, 71; Daniel Subotiç, 82

30.03.2017. Azərbaycan kuboku. İnter (Bakı) - Qəbələ - 1:3

Adrian Skarlatake, 18 - Daniel Subotiç, 14 (p.), 47; Filip Ozobiç,88 (p.)

05.04.2017. Azərbaycan kuboku. Qəbələ - İnter (Bakı) - 2:0

Daniel Subotiç, 12; Baqali Dabo, 33

24.04.2017. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 4:3

Rikardinyo, 14; Sergey Zenyov, 26; Adrian Skarlatake, 33 (ö.q); Tellur Mütəllimov, 90+1 - Rauf Əliyev, 3, 78 Elnur Abdullayev, 72

2017/18 mövsümü

12.08.2017. Premyer Liqa. İnter (Bakı) – Qəbələ – 1:2

Pərdis Fərcad-Azad, 71 - Elvin Məmmədov, 13; Filip Ozobiç, 23 (p.)

03.12.2017. Premyer Liqa. Qəbələ - Keşlə (Bakı) - 3:0

Baqali Dabo, 24; Filip Ozobiç, 51; 56

13.03.2018. Premyer Liqa. Keşlə (Bakı) - Qəbələ – 1:1

Voislav Stankoviç, 59 (ö.q) - Baqali Dabo, 32

05.05.2018. Premyer Liqa. Qəbələ - Keşlə (Bakı) – 1:1

Stiven Monroz, 30 - Slavik Alxasov, 10

28.05.2018. Azərbaycan kuboku. Keşlə (Bakı) – Qəbələ – 1:0

Pərdis Fərcad-Azad, 71

2018/19 mövsümü

30.09.2018. Premyer Liqa. Qəbələ – Keşlə (Bakı) – 1:1

Stiven Monroz, 75 // Amil Yunanov, 5

24.11.2018. Premyer Liqa. Keşlə (Bakı) – Qəbələ - 1:2

Amil Yunanov, 38 // Ceyms Adeniye, 17; Voislav Stankoviç, 20

23.02.2019. Premyer Liqa. Qəbələ - Keşlə (Bakı) – 0:0

14.04.2019. Premyer Liqa. Keşlə – Qəbələ – 1:2

Con Kamara, 76 // Ceyms Adeniyi, 46; Davit Volkov, 65

2019/20 mövsümü

31.08.2019. Premyer Liqa. Qəbələ – Keşlə – 0:4

Slavik Alxasov, 10; Tural Bayramlı, 39; Lorenzo Frutos, 45+1, 90+1

26.10.2019. Premyer Liqa. Keşlə – Qəbələ – 2:1

Lorenzo Frutos, 1; Sezar Meza Kolli, 42 // Davit Volkov, 58

02.02.2020. Premyer Liqa. Qəbələ – Keşlə – 1:2

İviça Juniç, 60 // Miyusko Boyoviç, 35; Sezar Meza Kolli, 40

Digər Xəbərlər
Xəbər Lenti