“Qəbələ” yolunu dəyişməli, legionerlərdən imtina etməlidir”

14 Sentyabr 2020 13:12 Qəbələ 1 077
“Qəbələ” yolunu dəyişməli, legionerlərdən imtina etməlidir”

”Aşağı yaş qrupları üzrə, demək olar ki, bütün turnirlərin qalibi olan, milliyə ən çox oyunçu verən, möhtəşəm akademiyaya malik“Qəbələ” bu gün ölkə futbol ictimaiyyətinə jest edərək, rəsmən legionerlərdən imtina etməlidir”.

Sportinfo.az xəbər verir ki, bu təklifi ”Turan”ın sabiq vitse-prezidenti Yaşar Sultanov səsləndirib.

O, Premyer Liqada mübarizə aparan yeganə əyalət təmsilçisinin strategiyasını dəyişməli olduğu qənaətindədir: ”2005-ci ildə “Turan” rəhbərliyi yerli uşaqların itməməsi üçün böyük həvəslə ikinci komandanı - “Rothe Fahne”ni yaratdı.

Bu gün də Premyer Liqanın bir neçə klubunda böyük futbola ilk addımlarını “Rothe Fahne”də atmış futbolçular çıxış edir. O cümlədən, “Qəbələ”li Cavid Hüseynov.

Oyunların birində Azərbaycanda misli görünməmiş, çox güman ki, bir daha təkrarlanmayacaq hal bas verdi, “Turan”ın start heyətində 11 nəfər əslən tovuzlu futbolçu meydana çıxdı.

Bax, əsl zəfər bu idi, əziz dostlar! Amal titul dalınca qaçmaq, medal qazanmaq deyil, futbolçu “istehsal“ edib, ölkə futbolunu bugünkü miskin durumdan çıxarmaq lazımdıır.

Tərəddüd etmədən deyərdim ki, bu yöndə ən yaxşı şans geniş profilli futbol akademiyasına malik “Qəbələ”dədir. Dünənki nətice (”Sabah”a 0:3 hesablı məğlubiyyət) də bunu deməyə əsas vermirmi?”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"