Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2-ci tura yekun vurulacaq.
Sportinfo.az xəbər verir ki, turun son oyununda “Qəbələ” meydana çıxacaq.
Mövsümdə ilk səfər matçını keçirəcək “qırmızı-qaralar” “Sabah”ın qonağı olacaq. Görüş Bakıdakı “Bank Respublika Arena”da keçiriləcək.
Bu qarşılaşma iki komanda arasında 12-ci duel olacaq. İlk dəfə 2018/19 mövsümündə görüşən rəqiblər indiyədək 11 dəfə üz-üzə gəlib. Bunlardan yeddisi Premyer Liqa, dördü Azərbaycan kubokuna təsadüf edib.
“Qəbələ”nin 7 dəfə qalib gəldiyi matçlarda bakılılar 3 qələbə qazanıbsa, bir matçda heç-heçə qeydə alınıb. Əyalət təmsilçisi rəqib qapısına 15 qol vurub, 9-nu buraxıb. Bu qarşılaşmalarda “qırmızı-qaralar”ın ən məhsuldar oyunçuları Davit Volkovla Klesio Bauk hərəyə 3 qol vurublar.
Premyer Liqadakı oyunlarda hər komanda 3 dəfə qalib gəlib, 1 matç sülhlə başa çatıb. Rəqiblər hərəyə 7 dəfə qol sevinci yaşayıb. “Qəbələ” səfərdəki 6 görüşdə 4 dəfə qaib gəlibsə, 2 dəfə meydan sahibləri üstün olub. Bu oyunlarda top fərqi qonaqların xeyrinədir – 8:6.
2018/19 mövsümü
16.09.2018. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 1:0
Marko Deviç, 23
04.11.2018. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 2:1
Ceyms Adeniyi, 5; Stiven Monroz, 15 // Bəxtiyar Soltanov, 52
16.12.2018. Azərbaycan Kuboku. “Qəbələ” – “Sabah” – 1:0
Filip İvanoviç, 45 (ö.q.)
20.12.2018. Azərbaycan Kuboku. “Sabah” – “Qəbələ” – 0:1
Ceyms Adeniyi, 80
09.02.2019. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 0:1
Rauf Əliyev, 31
01.04.2019. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 0:0
2019/20 mövsümü
14.09.2019. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 0:1
Roman Hüseynov, 47
03.11.2019. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 1:2
Davit Volkov, 43 // Cavid İmamverdiyev, 54; Hendrik Ekşteyn, 73
15.12.2019. Azərbaycan kuboku. “Qəbələ” – “Sabah” – 3:0
Klesio Bauk, 19, 43; Ülvi İsgəndərov, 87
19.12.2019. Azərbaycan kuboku. “Sabah” – “Qəbələ” – 2:3
Bəhlul Mustafazadə, 62, 75 // Davit Volkov, 22, 23; Klesio Bauk, 65
07.02.2020. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 3:2
Marko Deviç, 19; Mario Marina, 22; Ehtiram Şahverdiyev, 64 (ö.q.) // Ülvi İsgəndərov, 5; Nikolas Raysel, 90+2 (p.)