Yeni hücumçu “Qəbələ“yə neçəyə başa gəldi?

12 Sentyabr 2020 18:20 Qəbələ 1 186
Yeni hücumçu “Qəbələ“yə neçəyə başa gəldi?

Transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.

“Qırmızı-qaralar” Premyer Liqanın növbəti turu ərəfəsində braziliyalı Rafael Utziq transferini reallaşdırıb.

24 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb. İndiyədək yalnız vətənində çıxış edən cənubi amerikalının son klubu “Parana” olub. Sağ cinah vingeri mövqeyində də oynayan Rafael 2018-20-ci illərdə fasilə ilə bu komandanın heyətində A və B seriyalarında çıxış edib.
Utziq karyerası ərzində “Foz de İquaçu” (2015, 2018), “Kaskavel” (2016), “Ypiranqa Ereçim” (2016-2018) və “Çianorte”nin (2019) də formasını geyinib.

Cənubi amerikalının keçidi “Qəbələ“yə 5500 dollara başa gəlib. Bu, əyalət klubunun ona hər ay üçün ödəyəcəyi məbləğdir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti