"Qəbələ" braziliyalı hücumçu ilə 1+1 illik müqavilə imzaladı

11 Sentyabr 2020 16:28 Qəbələ 750
"Qəbələ" braziliyalı hücumçu ilə 1+1 illik müqavilə imzaladı

2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Azərbaycan Premyer Liqasının növbəti turu ərəfəsində braziliyalı Rafael Utziqin Alemaonun transferini gerçəkləşdirib.

24 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

İndiyədək yalnız vətənində çıxış etmiş "sambaçı"nın son klubu “Parana” olub. Sağ cinah vingeri mövqeyində də oynayan oyunçu 2018 - 2020-ci illərdə fasilə ilə bu komandanın heyətində A və B seriyalarında çıxış edib.

Utziq karyerası ərzində “Foz de İquaçu” (2015, 2018), “Kaskavel” (2016), “Ypiranqa Ereçim” (2016-2018) və “Çianorte”nin (2019) də formasını da geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu