Kamal Mirzəyevdən sonra daha bir yetirməsi "Qəbələ"yə dönüb.
Sportinfo.az-ın məlumatına görə, Samir Qurbanov "Viktoriya Jijkov"dan ayrılıb.
İlyarım öncə Çexiyanın 2-ci liqasında çıxış edən kluba icarəyə verilən yarımmüdafiəçi yenidən "qırmızı-qaralar"ın şərəfini qoruyacaq.
Zədələndikdən sonra Çexiya komandasında əsas heyətə düşə bilməyən və müqaviləsi uzadılmayan 19 yaşlı futbolçu minimum qışadək "Qəbələ"də yer alacaq.

