"Bu gün gəldi, mövsümün sonunadək müqavilə imzaladıq"

10 Sentyabr 2020 20:00 Qəbələ 1 013
"Bu gün gəldi, mövsümün sonunadək müqavilə imzaladıq"

"Əl-Salmiyə"dən ayrılan Kamal Mirzəyev "Qəbələ"yə qayıdıb.

Bu barədə Sportinfo.az-a klubun baş meneceri Zaur Əzizov məlumat verib.

Onun sözlərinə görə, ötən mövsüm Küveytdə legioner həyatı yaşayan 25 yaşlı müdafiəçi ilə gələn ilin yayınadək müqavilə imzalanıb: "Kamal akademiyamızıın öz yetirməsidir.

Ona demişdik ki, klubumuzun qapısı hər zaman üzünə açıqdır. Bu gün gəldi, mövsümün sonunadək müqavilə imzaladıq.

Təbii ki, müqavilədə müəyyən şərtlər və öhdəliklər nəzərdə tutulub. Əgər xaricdən sərfəli bir təklif gəlsə, nəinki Kamalın, istənilən futbolçumuzun legioner həyatı yaşamasına şərait yaratmağa hazırıq".

Digər Xəbərlər
Xəbər Lenti