"Qəbələ" bu gün daha bir transfer edəcək

10 Sentyabr 2020 14:08 Qəbələ 1 464
"Qəbələ" bu gün daha bir transfer edəcək

Braziliyanın “Vitoriya” klubunun hücumçusu Eronildo dos Santos Roşanın karyerasını "Qəbələ"də davam etdirəcəyi barədə yenidən xəbərlər yayılıb.

22 yaşlı forvardın "qırmızı-qaralar"a keçidini rəsmiləşdirmək üçün Azərbaycana gəldiyi bildirilir.

İddiaya görə, “Vitoriya” futbolçusunu 1 illik icarəyə verib. “Qəbələ“ Braziliyanın U-17 millisində keçirdiyi 7 oyunda 1 qol vuran Erona təklif göndərsə və özüylə razılaşma əldə etsə də, klublar müqavilə şərtlərində ortaq məxrəcə gəlməyib.

Əyalət təmsilçisindən Sportinfo.az-a verilən məlumata görə, adıçəkilən legionerin məsələsi artıq bağlanıb. Əvəzində Braziliyanın B Seriyasında çıxış edən "Parana"nın qolçusu Rafael Alemao bu gün Bakııya təşrif buyuracaq.

Digər Xəbərlər
Xəbər Lenti