"Qəbələ"də əvvəlki klubundan daha çox qazanacaq

10 Sentyabr 2020 09:28 Qəbələ 547
"Qəbələ"də əvvəlki klubundan daha çox qazanacaq

Vinko Medimoreç "Slaven"dən ayrılaraq, “Qəbələ”yə azad agent kimi keçib.

Bu barədə Xorvatiyanın "Podravski" nəşri məlumat yayıb.

Xəbərdə "Slaven"in "Ankargücü"nə satdığl Zvanimir Sarliyadan fərqli olaraq, 24 yaşlı müdafiəçinin transferindən heç nə qazanmadığı bildirilib.

O, "qırmızı-qaralar"la 1+1 illik müqavilə imzalayıb. Medimoreçin “Qəbələ”də Xorvatiya klubundakı maaşından daha çox qazanacağı vurğulanıb, amma rəqəm açıqlanmayıb.

Bizdə olan məlumata görə, Azərbaycan kubokunun son sahibi Balkan ölkəsindən gələn legionerə hər ay 5000 dollar ödəyəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti