Xorvatiya kubokunun finalçısı rəsmən "Qəbələ"də

8 Sentyabr 2020 23:40 Qəbələ 1 064
Xorvatiya kubokunun finalçısı rəsmən "Qəbələ"də

“Qəbələ” heyətinə yeni futbolçu qatıb.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” xorvat müdafiəçi Vinko Medimoreçin keçidini gerçəkləşdirib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı legionerlə 1+1 illik müqavilə imzalanıb.

Peşəkar karyerasına “Koprivinitsa”da başlayan müdafiəçi 2014-2015-ci illər mövsümündə bu komandada çıxış edib. 2015-ci ildə “Slaven”ə keçən Vinko son 5 mövsümdə yüksək dəstə təmsilçisinin formasını geyinib.

O, bu komandada 98 oyunda 4 qol vurub. Arxa xətt oyunçusu 2015/16 mövsümündə Xorvatiya kubokunun finalçısı olub.

Digər Xəbərlər
Xəbər Lenti