"Qəbələ" daha bir legioneri Azərbaycana gətirdi - FOTO

8 Sentyabr 2020 14:36 Qəbələ 1 264
"Qəbələ" daha bir legioneri Azərbaycana gətirdi - FOTO

"Qəbələ" Yurgen Qoxa ("Tirana") və Albaniya), Stefan Vukçeviçdən ("Zeta", Monteneqro) sonra üçüncü legioneri ilə anlaşma əldə edib.

Sportinfo.az-ın məlumatına görə, əyalət təmsilçisi Vinko Medimoreçi Azərbaycana gətirib.

"Qırmızı-qaralar" xorvatiyalı mərkəz müdafiəçi ilə 1+1 illik müqavilə imzalayıb və yaxın saatlarda transferin açıqlanması gözlənilir.

24 yaşlı futbolçunun sonuncu komandanı Xorvatiyada "Slaven Belupo"olub. 2015-ci ildən buradan çıxış edən Medimoreç 98 qarşılaşmada 4 qol vurub, 1 assist edib.

O, müxtəlif illərdə iki dəfə «Kopriviniça»nın şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti