"Qəbələ" bütün futbolçularına azad agent statusu verdi

8 Sentyabr 2020 10:52 Qəbələ 2 552
"Qəbələ" bütün futbolçularına azad agent statusu verdi

Maliyyə problemi yaşayan «Qəbələ» Futbol Akademiyasına ayırdığı büdcəni azaldb.

Sportinfo.az-ın məlumatna görə, əyalət təmsilçisi aşağı yaş qrupları üzrə komandalarda yalnız bu rayondan olan uşaq və yeniyetmələri saxlayıb.

Digər şəhər və rayonlardan akademiyaya cəlb olunan bütün futbolçulara azad agent statusu verilib. Yalnız U-19 istisnadır. Bu komanda UEFA Gənclər Liqasında iştirak edəcəyindən, klub rəhbərliyi onlara dəyməyib.

Akademiyada çalışan məşqçilərə gəlincə, hələ bu yöndə son qərar verilməyib. Direktor Halim Fıçıcı ilə müqaviləni uzatmayan «qırmızı-qaralar»ın Qəbələdən olan mütəxəssislərə üstünlük tanıması gözlənilir. Ola bilsin, kənardan gələn 2-3 nəfər həmin siyahııya əlavə edilsin.

AFFA «Qəbələ»nin fəaliyyətini davam etdirməsi üçün 1,5 milyon manat ayırıb. İcraiyyə Komitəsi bu qərarıı ötən ayın əvvəlində versə də, hələ klubun hesabına 1 qara qəpik köçürülməyib.

Premyer Liqada çıxış edən yeganə bölgə təmsilçisinin akademiyanın gələcəyi ilə bağlı planlarını müəyyənləşdirməsinə də ödəmənin gecikməsi əngəl yaradır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"