"Qəbələ"də böyük iş buraxdı, yeni iş yeri məlum oldu

6 Sentyabr 2020 14:40 Qəbələ 1 317
"Qəbələ"də böyük iş buraxdı,  yeni iş yeri məlum oldu

"Qəbələ”nin keçmiş baş məşqçisi Roman Qriqorçukun yeni iş yeri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 55 yaşlı mütəxəssis Belarusda “Şaxtyor”un baş məşqçisi təyin edilib.

Ukraynalı çalışdırıcı bu vəzifədə yerlisi Yuri Vernidubu əvəzləyib. Soliqorsk təmsilçisi müqavilənin şərtlərini açıqlamayıb.

Roman Qriqorçukun köməkçiləri Andrey Qluşenko, Anatoli Korotya və Mixail Savka olacaqlar.

Qriqorçuk 2015-2018-ci illər aralığında “Qəbələ”ni çalışdırıb və komandanı 2 dəfə Avropa Liqasının qrup mərhələsinə daşıyıb. O, "qırmızı-qaralar"dan ayrıldıqdan sonra Qazaxıstan təmsilçisi "Astana"nın baş məşqçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"