"Qəbələ" "Atletiko"da forma geyinmiş müdafiəçiyə müqavilə təklif etdi

5 Sentyabr 2020 09:28 Qəbələ 1 097
"Qəbələ" "Atletiko"da forma geyinmiş müdafiəçiyə müqavilə təklif etdi

Yeni mövsüm öncəsi 2 legionerlə transfer edən «Qəbələ»nin hədəfinə düşən daha bir futbolçunun adı bilinib.

Sportinfo.az-ın məlumatına görə, bu, Viktor Mongildir.

Ölkə kubokunun son sahibi ispaniyalı müdafiəçiyə 1+1 illik müqavilə təklif edib. 28 yaşlı mərkəz oyunçusu «Volyadolid»in yetirməsidir.

O. 2010-2012-ci illərdə bu klubun əvəzedici və əsas komandalarında çıxış edib. 2012-2014-cü illərdə «Atletiko B»nin formasını geyinib. Ardınca İspaniyanın aşavğı liqalarında «Alkovano» (2014-2016), «Merida» (2016-2017), «Pontevedra» (2017-2018) və «Levante B»nin (2018-2019) uğurları üçün tər töküb.

Onun «Qəbələ» ilə ilk tanışlığı 2019-cu ilin yayında təsadüf edib. Belə ki, qırmızı-qaralar» ötən mövsüm Avropa Liqasının ikinci təsnifat mərhələsində Tbilisi «Dinamo»su ilə qarşılaşıb və mübarizəni erkən dayandırıb.

İspaniyalı Gürcüstan klubunun 2:0 və 3:0 hesabıyla qalib gəldiyi oyunlarda forma geyinib. Bu ilin əvvəlində Hindistana yollanan Viktor ATK-nin heyətində 8 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti