AFFA niyə öz adamını "Qəbələ" rəhbərliyinə gətirə bilmədi?

3 Sentyabr 2020 16:14 Qəbələ 1 364
AFFA niyə öz adamını "Qəbələ" rəhbərliyinə gətirə bilmədi?

«Qəbələ» və AFFA rəhbərliyi arasında razılaşma əldə edilib.

Sportinfo.az-ın məlumatına görə, federasiya klubun idarəetmə aparatında hər hansı şəkildə təmsil olunmayacaq.

Bilindiyi kimi, qurumun İcraiyyə Komitəsim «qırmızı-qaralar»a 1,5 milyon manat vəsait ayırıb. Həmin məbləğ bu aydan etibarən hissə-hissə əyalət komandasının hesabına köçürüləcək.

Bu qərtar veriləndən sonra ictimaiyyət gözləyirdi ki, «Qəbələ» AFFA tərəfindən təyin olunacaq şəxsin nəzarəti altına keçəcək. Necə ki, federasiya tərəfindən birbaşa və dolayısı ilə maliyyələşən digər Premyer Liqa təmsilçilərinin hamısı bu şəkildə idarə olunur.

Fəqət «Qəbələ» bu variantla razılaşmayıb. Sadəcə, AFFA kluba ayrılan vəsaitin hara xərclənməsinə nəzarət edəcək. Audit komissiyası hər rüb maliyyə sənədlərini yoxlamaq səlahiyyətinə malikdir.

AFFA-nın sərgilədiyi mövqe «Gilan»ın «Qəbələ»dən əlini tamamilə çəkməməsi ilə əlaqədardır. Holdinq əvvəlki illərdə olduğu kimi, yenə «qırmızı-qaralar»ın təsisçisi olaraq qalmaqdadır.

Digər Xəbərlər
Xəbər Lenti