"Qəbələ" "Səbail"ə qalib gəldi

30 Avqust 2020 22:40 Qəbələ 1 387
"Qəbələ" "Səbail"ə qalib gəldi

“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə dövründə hazırlıqlarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Bakıda təşkil olunan hazırlıq çərçivəsində yoxlama oyununda qüvvəsini sınayıb.

Bakı Olimpiya Stadionunun ehtiyat meydanında "Səbail"lə keçirilən görüş "Qəbələ"nin qələbəsi ilə başa çatıb - 1:0. Qarşılaşmadakı yeganə qola Nikolas Raysel imza atıb. O, 75-ci dəqiqədə penaltidən fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM