"Qəbələ" daha 4 legioner gətirməyə çalışır

30 Avqust 2020 09:40 Qəbələ 1 218
"Qəbələ" daha 4 legioner gətirməyə çalışır

Braziliyanın B Seriyasında çıxış edən "Parana"nın hücumçusu Rafael Alemaonun keçidini razılaşdıran "Qəbələ" daha 4 legionerlə danışıqlar aparır.

Baş məşqçi Elmar Baxşıyevin istəyi üzərinə hərəkətə keçən rəhbərlik əcnəbi futbolçularla anlaşmağa səy göstərir.

Onlardan biri mərkəz müdafiəçisi, biri dayaq yarımmüdafiəçisi, biri hücumameylli yarımmüdafiəçi, biri də forvarddır. Əyalət təmsilçisinin təklifi etdiyi aylıq məvacib 5000-7000 dollar civarındadır.

Maddi çətinliklər içində sıxılan «qırmızı-qaralar» bu qədər pulu haradan tapacaq? Təbii ki, ümid yeri AFFA-nın ayırdığı, amma hələ almadığı 1,5 milyon manatlıq yardım paketidir. Hansı ki, göstərilən məbləğ sentyabrdan etibarən hissə-hissə klubun hesabıına köçürüləcək.

«Qəbələ» bu yay cəmi 2 yeni legioner gətirə bilib: Yurgen Qoxa ("Tirana", Albaniya), Stefan Vukçeviç ("Zeta", Monteneqro).

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"