“Qəbələ”dən Super Liqa klubuna təyinat aldı - FOTO

29 Avqust 2020 23:40 Qəbələ 1 107
“Qəbələ”dən Super Liqa klubuna təyinat aldı - FOTO

“Qəbələ” İdman Klubunun əməkdaşı Tural Yunusov fəaliyyətini Türkiyədə davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, Qəbələ şəhər stadionunun ot örtüyünə cavabdehlik daşıyan mütəxəssislərdən biri olan Yunusov Super Liqa təmsilçisi “Göztəpə”də çalışacaq.

O, İzmir klubunun meydanına baxan heyətdə yer alacaq. Yunusov İrlandiyanın “SİS” şirkətinin dəvəti ilə qonşu ölkəyə yollanıb.

Bu dəvətdə Türkiyəyə yollanan "Qəbələ"nin digər əməkdaşı Rəşad Cabbarovun fəaliyyəti də rol oynayıb. Super Liqanın digər təmsilçisi “Kasımpaşa”nın məşq meydanlarının durumuna cavabdeh olan mütəxəssis artıq 10 aydır qonşu ölkədə çalışır.

Cabbarov 2013-cü ildə “Qəbələ” tərəfindən təcrübə keçmək üçün “Qalatasaray”a yollanıb, həm “sarı-qırmızılar”, həm “Kasımpaşa”nı meydanları ilə tanış olub.

O, Türkiyədəki stadionların ot örtüyünə məsul olan daşıyan “SİS” şirkətinin dəvəti ilə ötən il Kasımpaşanın eyniadlı klubuna bir aylıq sınaq müddətinə yollanıb. Bu müddəti uğurla başa vuran mütəxəssis artıq 10 aydır “Kasımpaşa”nın məşq meydanlarına cavabdehlik daşıyır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı