AFFA "Qəbələ"yə ayırdığı pulu niyə hələ vermir?

28 Avqust 2020 14:50 Qəbələ 751
AFFA "Qəbələ"yə ayırdığı pulu niyə hələ vermir?

AFFA İcraiyyə Komitəsi bir müddət əvvəl keçirilən son videokonfransında Premyer Liqanın 4 klubu ilə bağlı qərarlar qəbul etdi.

Onlardan biri də «Qəbələ» ilə əlaqəli idi.

Komitə elitada mübarizə aparan yeganə bölgə klubuna 1,5 milyon manatlıq yardım paketinin ayrılmasını qətiləşdirmişdi.

Premyer Liqada yeni mövsüm ötən həftə start götürüb, lakin «qırmızı-qaralar» hələ də federasiyadan maddi dəstək almayıb. AFFA müxtəlif səbəblərdən həmin vəsaiti klubun hesabına köçürməyib. Bir qədər dəqiqləşdirsək, SOCAR tələb olunan məbləği onlara «transfer etməyib».

«Qəbələ» bu sezona da «Gilan Holdinq»in ayırdığı büdcə ilə başlayıb. Əlbəttə, bu, kifayət etmir. Hər şey «Gilan»ın ümidinə qalsa, əyalət klubu noyabrda çıxışını yarımçıqdayandırmaq məcburiyyətində qalacaq.

AFFA artıq vəziyyətlə bağlı məlumatlandırılıb. Qurum son olaraq vəd eləyib ki, sentyabrın əvvəlində ilk ödəmə ediləcək. Ümumiyyətlə, öncədən razılaşma belə əldə olunub ki, federasiya 1,5 milyonu tam şəkildə yox, hissə-hissə «Qəbələ»yə verəcək.

SPORTİNFO,AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"