"Qəbələ"də 1+1 illik YENİ SÖVDƏLƏŞMƏ

27 Avqust 2020 10:52 Qəbələ 1 645
"Qəbələ"də 1+1 illik YENİ SÖVDƏLƏŞMƏ

"Qəbələ" Braziliyanın B Seriyasında çıxış edən "Parana"nın futbolçusu Rafael Alemaonun keçidini həll edib.

Sportinfo.az-ın məlumatına görə, 24 yaşlı hücumçu ilə danışıqlar müsbət yekunlaşıb.

Alemao öz klubu ilə məsələsini həll edib. Hansısa problem çıxmasa, transferi gerçəkləşəcək və yaxın günlərdə Azərbaycana gələcək. Cənubi amerikalı legionerlə 1+1 illik müqavilə imzalanması nəzərdə tutulub.

Rafael "Parana"nin yetirməsidir və karyerası ərzində yalnız bu klubun formasını geyinib. "Qəbələ" daha əvvəl "Vitoriya"nın hücumçusu Eronildo dos Santos Roşanı icarə əsasında heyətinə qatmaq istəsə də, qarşı tərəf təklifi rədd edib.

Digər Xəbərlər
Xəbər Lenti