"Avropa Liqasına vəsiqə üçün hər şeyimizi verəcəyik"

24 Avqust 2020 18:20 Qəbələ 817
"Avropa Liqasına vəsiqə üçün hər şeyimizi verəcəyik"

"Qələbə qazana bilərdik, çox əzmkar matç oldu. Qalib gəlmək üçün hər şeyi etdik.

Amma hava şəraiti hər iki komandaya yaxşı oyun sərgiləmək üçün mane oldu".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "report"a açıqlamasında "Qəbələ"nin futbolçusu Rodriqo Qattas Azərbaycan Premyer Liqasının I turunda evdə "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri matç barədə danışarkən deyib.

28 yaşlı yarımmüdafiəçi bütün qarşılaşmalarda qələbə haqqında düşündüklərini bildirib. Çilili oyunçu görüş ərzində boşluqlar axtardıqlarını sözlərinə əlavə edib:

"Zirə"nin də yaxşı futbolçuları var. Düşünürəm ki, nəticə ədalətli idi. Qələbə qazanmaq üçün hücumda son anda dəqiq oynaya bilmirdik.

Bu çatışmazlığı yaxşılaşdırmaq üçün çox çalışacağıq. Bu mövsüm Avropa Liqasında vəsiqə üçün hər şeyi verəcəyik. Məqsədə çatmaq üçün mübarizə aparacağıq".

Digər Xəbərlər
Xəbər Lenti