Cavid Hüseynov "Qəbələ"nin formasını niyə geyinmədi?

24 Avqust 2020 21:20 Qəbələ 1 231
Cavid Hüseynov "Qəbələ"nin formasını niyə geyinmədi?

Dünən Premyer Liqanın 1-ci turunda "Qəbələ" "Zirə"ni qəbul etdi.

Sportinfo.az xəbər verir ki, ev sahiblərinin köhnə-yeni kapitanı Cavid Hüseynov qarşılaşmanın iştirakçısı olmadı.

Buna səbəb 32 yaşlı yarımmüdafiəçinin ötən mövsüm "Zirə"nin heyətində cəzalı duruma düşməsidir.

Çempionatın 17-ci turunun "Qarabağ"la görüşündə hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalanan Hüseynov "Zirə"də 3 oyun meydana çıxmamışdı. Dünənki görüşü tribunadan izləyən Cavidi növbəti turdan etibarən qırmzı-qara forma görə bilərik.

Digər Xəbərlər
Xəbər Lenti