Rəşad Sadıqov Qəbələdə 1 xala sevindi

23 Avqust 2020 20:54 Qəbələ 1 122
Rəşad Sadıqov Qəbələdə 1 xala sevindi

Bu gün Premyer Liqada yeni mövsümün ilk turuna yekun vurulub.

Sportinfo.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

“Qəbələ” “Zirə” ilə üz-üzə gəlib. Geridə qalan mövsümdə sonuncu olan əyalət təmsilçisi yeni mövsümə uğurlu başlamaq arzusundaydı. “Zirə” isə yeni baş məşqçisi Rəşad Sadıqovun debüt matçında sevinməyi hədəfləmişdi. Amma tərəflər bu oyundan heç-heçə ilə ayrılıblar.

Hesabat turunda “Keşlə” “Sumqayıt”ı 1:0, “Neftçi” “Səbail”i 2:0, “Qarabağ” da “Sabah”ı 2:0 hesabı ilə məğlub edib.

23 avqust (bazar)
19:00. "Qəbələ" – "Zirə" 1:1

Qol: A.Məmmədov, 3 - A.Ramazanov, 28.

Hakimlər: Kamal Umudlu, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionuHakimlər: Kamal Umudlu, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rəşad Əhmədov.

Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 28. Murad Musayev, 70. Ülvi İsgəndərov, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 22. Rodriqo Qattas, 13. Yurqen Qoxa, 10. Rövlan Muradov, 71. Rüfət Əhmədov.

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Rasim Ramaldanov, 74. Yusif Nəbiyev, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 26. Stefan Vukçeviç, 17. Yaovi Akakpo, 15. Vüsal Məsimov, 55. İdris İnqilablı.

Baş məşqçi: Elmar Baxşıyev.

Zirə: 22. Rəşad Əzizli, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k), 2. Sertan Taşkın, 13. Şəhriyar Rəhimov, 3. Ali Sisey, 9. Davit Volkov, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 7. Tural Bayramlı, 21. Hacıağa Hacılı.

Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 31. Nail Alışov, 8. İlkin Muradov, 91. Ruslan Qurbanov, 14. Rəşad Eyubov, 5. Kərim Diniyev, 17. Kayo Rangel, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov, 6. Ayxan Süleymanlı.

Baş məşqçi: Rəşad Sadıqov

Digər Xəbərlər
Xəbər Lenti