"Qəbələ"yə gəlmək üçün müqaviləsinə xitam verilir

23 Avqust 2020 18:00 Qəbələ 1 337
"Qəbələ"yə gəlmək üçün müqaviləsinə xitam verilir

“Parana”nın futbolçusu Rafael Alemaonun karyerasını Azərbaycanda davam etdirmək şansı artıb.

Sportinfo.az-ın Braziliya mətbuatına istinadən məlumatına görə, 24 yaşlı vinger artıq klubunun razılığını alıb.

Bu yay 8 transfer həyata keçirən B seriyası təmsilçisi 3 əsas heyət üzvünün gedişinə mane olmamaq qərarına gəlib ki, onlardan biri də Alemaodur.

"Qəbələ"nin maraq dairəsində olan oyunçu Azərbaycan klubuna azad agent kimi keçməyə yaxındır. Çünki "Parana" onun müqaviləyə xitam verilməsi istəyini qəbul edib.

Yaxın günlərdə Alemaonun Braziliya klubu ilə münasibətlərinə son qoyub ölkəmizə yollanması gözlənilir. O, “Parana”ya ötən ilin əvvəllərində "Sianorte"dən keçib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!