"Qəbələ"nin bu hücumçunu gətirməsinə MANE OLAN TƏLƏB

22 Avqust 2020 20:00 Qəbələ 1 278
"Qəbələ"nin bu hücumçunu gətirməsinə MANE OLAN TƏLƏB

"Vitoriya"nın futbolçusu Eronildo dos Santos Roşanı heyətinə qatmaq istəyən Azərbaycan təmsilçisinin adı bugünlərdə bəlli oldu.

"Qəbələ" 22 yaşlı hücumçunu icarəyə götürmək istəyib.

Oyunçunun agenti Antonio Qustavo təklifin "Vitoriya"nı razı salmadığını və klub tərəfindən rədd edildiyini bildirib. Eronildo dos Santos Roşa Braziliyanın U-17 yığmasının formasını geyinib.

Braziliya komandasını razı slmayan təklif forvardın maliyyə öhdəliyi ilə bağlıdır. Belə ki, "Qəbələ" onun aylıq maaşının yalnız 50 faizini ödəmək istəyində bulunub.

"Vitoriya" isə futbolçusunun əməkhaqqısından tamamilə qurtulmaqla yanaşı, müyyən məbləğdə təzminat tələbi irəli sürüb.

Qısaca olaraq "Eron" adlandırılan hücumçu legioner həyatı yaşamaq arzusunda olmasıınıı bildirməsi də, klubunun rəhbərliyini fikrindən daşındırmayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"