"Zirə" nəyin həsrətini çəkir? – GERÇƏK MƏNZƏRƏ

21 Avqust 2020 17:10 Qəbələ 765
"Zirə" nəyin həsrətini çəkir? – GERÇƏK MƏNZƏRƏ

Bu həftə Azərbaycan Premyer Liqasında 2020-2021-ci illər mövsümünə start veriləcək.

Sportinfo.az xəbər verir ki, “Qəbələ” turun son oyun günündə meydana çıxacaq.

Avqustun 23-də keçiriləcək qarşılaşmada “qırmızı-qaralar” “Zirə” ilə üz-üzə gələcək. Qəbələ şəhər stadionunda təşkil olunacaq matç iki komanda arasında ümumilikdə 22-ci, Premyer Liqada 20-ci görüş olacaq.

İlk dəfə 2015/16 mövsümündə üz-üzə gələn rəqiblər indiyədək 19 dəfə ölkə çempionatında, 2 dəfə Azərbaycan kubokunda qarşılaşıb.

Əvvəlki oyunlarda üstünlük “Qəbələ”nin tərəfindədir. 9 qələbəsi olan “qırmızı-qaralar” 8 dəfə heç-heçə edib və yalnız 4 dəfə uduzub. Hesabında 31 qol olan futbolçularımız 18 top buraxıb.

“Zirə” ilə matçlarda Aleksey Qay hamıdan çox – 4 qola imza atıb. Ermin Zets bu qarşılaşmalarda üç dəfə fərqlənib. Altı futbolçu - Teo Uiks, Filip Ozobiç, Stiven Monroz, Davit Volkov, Rövlan Muradov və Fernan Lopezin aktivində iki top var.

Çempionatdakı 19 oyunda da üstünlük komandamızın tərəfindədir. 7 qarşılaşmada aktivinə üç xal yazan “Qəbələ” 8 dəfə bir xalla kifayətlənib. Yalnız 4 dəfə xalsız qalan “qırmızı-qaralar” top fərqində də üstündür – 24:16.

Komandamız “Zirə” ilə qarşılaşmaya 11-ci dəfə ev sahibliyi edəcək. Rəqibini indiyədək 10 dəfə qəbul edən “qırmızı-qaralar” öz meydanında 5 dəfə qalib gəlib.

Doğma divarlar arasında 4 heç-heçəsi olan komanda yalnız bir dəfə məğlub olub. Evdə 16 qol vuran futbolçularımız qapısından 7 top buraxıb.

Paytaxt təmsilçisi ilə son iki görüşdə qələbə qazanan komandamız ardıcıl 5 qarşılaşmada meydanı xalsız tərk etməyib. “Qırmızı-qaralar” son 6 görüşdə rəqibinə uduzmayıb. “Qəbələ” – “Zirə” matçı avqustun 23-də keçiriləcək.

2015/16 mövsümü

25.10.2015. Premyer Liqa. Qəbələ - Zirə - 0:0

17.12.2015. Premyer Liqa. Zirə - Qəbələ - 1:0

Nicat Qurbanov, 24

02.03.2016. Azərbaycan kuboku. Zirə - Qəbələ - 1:2

Nelson Bonilla, 77 // Aleksey Qay, 75; Dodo, 84

09.03.2016. Azərbaycan kuboku. Qəbələ - Zirə (Bakı) - 5:1

Aleksey Qay, 5, 12; Rəşad Sadiqov, 17; Rəşad Eyubov, 65; Ermin Zets, 79 // Nurlan Novruzov, 36

13.03.2016. Premyer Liqa. Qəbələ - Zirə - 1:2

Aleksey Qay, 17 // Nelson Bonilya, 40, 84

07.05.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:3

Rafael Santos, 26; Ermin Zets, 47, 79

2016/17 mövsümü

25.09.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:2

Teo Uiks, 19;76

19.11.2016. Premyer Liqa. Qəbələ - Zirə - 1:0

Filip Ozobiç, 52

12.02.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:2

Viktor İqbekoyi, 53; Riçard Qadze, 90+4 // Daniel Subotiç, 37; Filip Ozobiç, 88

02.04.2017. Premyer Liqa. Qəbələ - Zirə - 1:1

Sergey Zenyov, 8 // Sezar Meza Kolli, 61

2017/18 mövsümü

09.09.2017. Premyer Liqa. Qəbələ - Zirə - 1:1

Cavid Hüseynov, 90+1-p. // Viktor İqbekoyi, 74

28.10.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:1

Milan Duriç, 19-p.; Sadio Tounkara, 38 // Famussa Kone, 72

17.02.2018. Premyer Liqa. Qəbələ - Zirə - 2:1

Stiven Monroz, 56; Baqali Dabo, 64 // Aleksandr Dedov, 39

08.04.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:1

Milan Duriç, 53-p. // Stiven Monroz, 78

2018/19 mövsümü

05.10.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:0

Miloş Radivoyeviç, 86

02.12.2018. Premyer Liqa. Qəbələ - Zirə - 0:0

03.03.2019. Premyer Liqa. Zirə - Qəbələ - 1:1

Fofana İsmael, 87 // Bəxtiyar Həsənalızadə, 57 (ö.q.)

19.04.2019. Premyer Liqa. Qəbələ - Zirə - 2:1

Davit Volkov, 20; Ceyms Adeniyi, 56 // Sadio Tounkara, 71

2019/20 mövsümü

06.10.2019. Premyer Liqa. Zirə - Qəbələ - 1:1

İlkin Muradov, 67 // Ülvi İsgəndərov, 65

30.11.2019. Premyer Liqa. Qəbələ – Zirə – 3:0

Rövlan Muradov, 13; Fernan Lopez, 42; Davit Volkov, 70

01.03.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:2

İlkin Muradov, 21 // Fernan Lopez, 79; Rövlan Muradov, 88

Digər Xəbərlər
Xəbər Lenti