Bu legioner “Qəbələ”yə keçməyə çalışır - Azad agent kimi

21 Avqust 2020 14:22 Qəbələ 1 521
Bu legioner “Qəbələ”yə keçməyə çalışır - Azad agent kimi

“Parana”nın yarımmüdafiəçisi Rafael Alemao Azərbaycana köçməkdə israrlıdır.

Sportinfo.az-ın Braziliya mətbuatına istinadən məlumatına görə, 24 yaşlı vinger Avropaya yollanmaq və orada legioner həyatı yaşamaq arzusundadır.

Alemaonun onunla maraqlanan “Qəbələ”yə keçmək istəməsinin digər səbəbi “Parana”nın heyətində edilən dəyişikliklərdir. Komanda B seriyasında yeni mövsümə uğurlu start götürsə də, maliyyə problemləri səbəbindən aparıcı futbolçular bir-bir yola salınır.

Sağ cinah oyunçusu da müqaviləsinə xitam verilməsinə və azad agent kimi “Qəbələ”yə keçməyə çalışır. Rafael Alemao ötən ilin yanvarından “Parana”nın formasını geyinir.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM