"Qəbələ"nin prezidenti: "Bunlar asan məsələlərdir, yetər ki…"

20 Avqust 2020 19:02 Qəbələ 1 046
"Qəbələ"nin prezidenti: "Bunlar asan məsələlərdir, yetər ki…"

"İndiyədək bizdə belə hal hələ olmamışdı".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin prezidenti Fariz Nəcəfov deyib.

O, bazanın hazırda maksimum 8 klubu qarşılaya bildiyini, amma daha çox qonağın qəbulu üçün işlərin görülməsinin çətin olmadığını söyləyib: "Akademiya səviyyəsində aşağı yaş qrupunda turnirlər keçirmişik.

O fərqli səviyyədir. Bu səviyyədə birinci dəfə belə bir hal yaşandı. Səkkiz komandanı rahatlıqla qarşıladıq. Heç kimin narazılığı olmadan, yüksək səviyyədə şərait yaradıldı və 20 gün təlim-məşq toplanışı keçirildi.

Mənə elə gəlir ki, meydançaların keyfiyyətini də qorumaq istəyiriksə, bu gün üçün maksimum 8 komandanı qarşılamaq olar. Amma bu proses davamlı olarsa, inkişaf edərsə, daha çox komandanı qarşılamaq üçün şərait yaratmaq çətin məsələ deyil.

Yeni meydançaların salınması və.s, və.i kimi işlər asan məsələlərdir. Yetər ki, digər problemlər həllini tapsın və burada təlim-məşq toplanışlarının keçirilməsi mümkün olsun".

Digər Xəbərlər
Xəbər Lenti