"Qəbələ"nin prezidenti əldə etdikləri gəlirdən razı qalıb

17 Avqust 2020 09:28 Qəbələ 955
"Qəbələ"nin prezidenti əldə etdikləri gəlirdən razı qalıb

"Əlbəttə, klubların burada toplanış keçməsindən əldə olunan gəlirin büdcəmizə faydasını gördük ".

Bu sözləri Sportinfo.az-a açqlamasında "Qəbələ"nin prezidenti Fariz Nəcəfov deyib.

Bilindii kimi, Premyer Liqanın bütün klubları yay hazırlığını Qəbələdə keçldi. Ev sahiblərindən başqa, 7 iştirakçı iki həftə və daha artıq müddətdə adıçəkilən rayonda məskunlaşdı.

Komandalar "Qəbələ"nin ixtiyarında olan bazadan və meydançalardan yararlkndı, yoxlama görüşlərində qüvvəsini sınadıı. Təbii ki, müəyyən ödəniş müqabilində.

Nəcəfov ölkə klublarının Qəbələ toplanışından əldə edilən gəlirdən razılığını dilə gətirib:. "Düzdür, stadionların ot örtüklərinin vəziyyəti bir balaca gərginləşdi. Amma yenə də əldə olunan vəsaitin komandaya bir xeyli köməyi dəydi. Məbləği isə açıqlamaq istəmirəm".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"