"Məğlubiyyətə görə bizdə gələcəyə ümidsizlik yaranmır. Çünki vacib oyunlar hələ qarşıdadır.
Komandamıza yeni qoşulan futbolçular var. Heyət yenidən yığılır. Məncə, uyğunlaşmaq üçün bir qədər zaman lazımdır"
Bu sözləri Sportinfo.az-a "Qəbələ"nin qapıçısı Anar Nəzirov "Neftçi" ilə yoldaşlıq görüşü haqqında fikirlərini bildirərkən deyib.
Oyunun gedişində Namiq Ələsgərovla ikili mübarizədə zədələnərək əvəzlənən kapitan vəziyyətinin yaxşı olduğunu bildirib: "Ayağımda bir az şiş yaranıb.
Şükür, yaxşı qurtardım. Həmin epizodda daha ciddi zədə ala bilərdim. Şişin çəkilməsini gözləyəcəm. Yəqin ki, 1-2 məşqdən sonra komandaya qoşula bilərəm.
Zədələndiyim epizoda görə, Namiq Ələsgərova qarşı əsəbiləşmədim. Çünki bu futboldur. Belə zədələr birinci dəfə deyil ki, alırıq".

