"Dəfələrlə etmişik və göstərmişik ki, biz bunu edə bilərik"

15 Avqust 2020 16:28 Qəbələ 817
"Dəfələrlə etmişik və göstərmişik ki, biz bunu edə bilərik"

"Bizdən asılı olan nə varsa, etmişik və bu məsələlərə yenə açığıq".

"Qəbələ"nin prezidenti Fariz Nəcəfov Sportinfo.az-a açqlamasında xarici klubların Qəbələyə səfərlərinin təşkil edilməsi perspektivi haqda danışıb.

O, otel və ölkəmizə uçuş qiymətlərinin baha olmasını önə çəkib: "Yay təlim-məşq toplanışını Qəbələyə salmaq üçün klublara qiymətlər göndərilir. Deyək ki, filan oteldə qalacaqsız və qiymətlər budur.

Çox təəssüf ki, digər ölkələrin irəli sürdüyü şərtlər bizim şərtlərdən daha sərfəli olur. Yay vaxtı otellərə tələbat çoxalır. Həmçinin təyyarə biletlərinin qiyməti yüksəkdir.

Bilirsiz ki, ölkəmizə üçüşların qiyməti daha yüksəkdir. Digər ölkələrdə bu, daha münasibdir. Məsələn, Gürcüstandan Türkiyəyə və yaxud da başqa yerdən Avstriyaya, Antalyaya uçmaq daha ucuzudur.

Bura gəlmək üçün paket olaraq qiymətlər komandalara sərf etmir. Klub olaraq bu məsələlər bizi aşır. Amma meydançalarla, təşkilatçılıqla bağlı ən yüksək şəraiti biz təklif edə bilirik. Dəfələrlə etmişik və göstərmişik ki, biz bunu edə bilərik".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"