“Güclənməyə ehtiyac var, axtarışlarımız davam edir”

15 Avqust 2020 10:38 Qəbələ 922
“Güclənməyə ehtiyac var, axtarışlarımız davam edir”

“Qəbələ” 2020-2021-ci illər mövsümünə hazırlıq çərçivəsində keçirilən yoxlama oyununda “Neftçi” ilə üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyev qarşılaşma (1:2) barədə fikirlərini gabalafc.az saytına açıqlayıb:

“Çempionata hazırlıq çərçivəsində son yoxlama oyunumuzu keçirdik. Ümumi hazırlığımızı istədiyimiz kimi başa vurduq. Oyundan-oyuna komanda istədiyimizi meydanda göstərməyə başlayır.

Heyətə yeni qoşulan oyunçular var və getdikcə onların komandaya faydaları dəyəcək. Əlbəttə, güclənməyə ehtiyac var və bu yöndə axtarışlarımız davam edir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti