"Başqa cür kluba gəlir gətirmək olmur" – Fariz Nəcəfov

14 Avqust 2020 17:10 Qəbələ 1 180
"Başqa cür kluba gəlir gətirmək olmur" – Fariz Nəcəfov

Koronavirus pandemiyası səbəbindən Premyer Liqa klublarının hamısı bu yay Qəbələyə üz tutdu.

Bu da səbəbsiz deyildi. Çünki normal təlim-məşq toplanışı keçmək üçün bütün şərait yalnız bu bölgədə vardı.

20 günlük toplanışın yekunu olaraq istər yerli, istərsə də əcnəbi futbolçular Qəbələdə yaradılan şəraitdən razılıqlarını dilə gətirdilər. Hətta adıçəkilən bölgəni Antalya və Avstraydakı toplanış bölgələri ilə müqayisə edənlər də oldu.

Bəs görəsən, bu toplanışların davamlı olması, təkcə ölkə klublarının yox, həm də qonşu ölkədən olan komandaların da Qəbələyə uz tutması üçün hansısa planlar varmı? Ümumiyyətlə, "Qəbələ" rəhbərliyi bu yöndə nəsə düşünür?

Bu suallara cavab olaraq "Qəbələ"nin prezidenti Fariz Nəcəfov Sportinfo.az-a bunları dedi: "Bu məsələ əvvəldən bizim gündəmimizdə olub. Baza yaranan gündən təlim-məşq toplanışlarının Qəbələyə salınması müzakirə olunub.

Yalnız yerli komandalar deyil, həm də xarici klubların bura gəlməsi də müzakirə olunurdu. Hətta bunu klub olaraq yox, bizim başqa-başqa Avstriyada, Türkiyədə təlim-məşq toplanışı təşkil edən turizm şirkətlərilə danışıqlarımız olmuşdu ki,

Qəbələdə belə bir şərait var. Yəni həm otellər, həm də meydançalar klubların burada toplanış keçməsinə imkan verir. Qış toplanışın Qəbələdə keçirmək mümkün deyil.

Çünki həmin aylar, bilirsiz ki, burada havalar çox sərt keçir. Yay toplanışı ərəfəsində isə buradakı otellər futboldan kənar turistlərlə dolu olur. Bu baxımdan əlavə turistlərin dəvətinə tələbat olmur. Həm də qiymətlər çox yüksək olur. Bu da bizə düşən məsələ deyil. Biz meydançalarımızla dəstək olmağa hazırıq.

Əgər kimsə tərəfindən otellərin təşkili bizə təqdim olunarsa, bu məsələyə ilk vaxtdan açığıq. Qış vaxtı Antalyada turistlərin az olduğu vaxtdır. Bizim komandalar da ucuz qiymətə otellər tapıb, ora gedirlər. Qəbələdə qış üçün bu, bir qədər imkansızdır".

Prezident toplanış zamanı yoldaşlıq görüşləri üçün klub sayının çox olmasını vacib məsələ kimi qeyd etdi. Amma bunu Qəbələdə həyata keçirməyin hazırda çətin oldğunu bildirdi:

"Biz Avstriyada, Antalyada toplanış keçən zaman orada daha çox xarici komandalar olur. Yoldaşlıq görüşlərinin keçirilməsi üçün seçim imkanı çox olur.

Orada yüksək keyfiyyətli komandaların sayı çox olduğu üçün bura klubları dəvət etmək çətinlik yaradır. Hamı gedir daha çox klubun toplanış keçdiyi yerlərə.

Amma yenə də biz hazırıq. Əvvəllər müraciət etmişik. Yenə də çalışırıq nəsə edək. Nəsə etməyə çalışmalıyıq. Başqa cür kluba gəlir gətirmək olmur".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı