Monteneqro yığmasının müdafiəçisi rəsmən "Qəbələ"də!

14 Avqust 2020 14:22 Qəbələ 779
Monteneqro yığmasının müdafiəçisi rəsmən "Qəbələ"də!

2020-2021-ci illər mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” monteneqrolu yarımmüdafiəçi Stefan Vukçeviçi heyətinə qatıb.

23 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Karyerasına 2013-cü ildə başlayan Vukçeviç indiyədək yalnız bir klubda çıxış edib.

O, vətənində “Zeta”nın şərəfini qoruyub. Vukçeviç Monteneqronun yüksək dəstəsində ümumilikdə 173 oyuna 4 qol vurub. O, 2019/20 mövsümündə 28 görüşdə 1 dəfə fərqlənib.

“Zeta”nın heyətində avrokuboklarda da çıxış etmiş müdafiəçi Monteneqronun U-17, U-19 və U-21 yığmalarının formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti